Türkiyə Super Liqa təmsilçisi "Kasımpaşa" klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub rəhbərliyi və baş məşqçi arasında yaranan fikir ayrılıqlarından sonra Kemal Özdeşin postundan ayrıldığı bildirilib.
"Kasımpaşa" Super Liqanın 7-ci turunda səfərdə "Trabzonspor"a 2:4 hesabıyla məğlub olmuşdu. 7 turdan sonra 12 xalı olan İstanbul klubu turnir cədvəlinin 5-ci pilləsindədir.
Milli.Az