"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla"nın bir qrup azarkeşi Ukrayna Premyer Liqasının son turunda "Desna" ilə keçirilən görüşdə üzərində Adolf Hitlerin şəkli olan köynəklərlə stadiona gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həmin azarkeşlər canlı yayımda efirdə görünüblər. Köynəklərin üzərinə "Mənim babam - Avstriyalı rəssam" yazılıb.

Qeyd edək ki, görüş "Vorskla"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Milli.Az