Gizli Qarabağ PLANI, “Qiyamətə hazır olun!” XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
29 Sentyabr 2018, 20:03·1 baxış·17 dəq oxu
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 27-də
Azərbaycana səfər edib. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici
işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə görüşü keçirilib. Ermənistanın baş nazir Nikol
Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında
sərsəm fikirlər səsləndirib. İranın ali dini lideri Ayətullah Əli
Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə
arasındakı gərginlik artmaqdadır. Birləşmiş Ştatlar Rusiyanın nüvə
silahını ölkənin təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb.
Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna
çatdıracaq.
Azərbaycan, Dağlıq Qarabağ
Sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin
Azərbaycana səfər edib. Rusiya liderinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub.
Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam
etdirdilər.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX
Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi
olub. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
mərasimdə iştirak ediblər.
Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları
Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan
Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında söhbət olub. Bu barədə Azərbaycan
Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə
Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması
üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə
sadiq olduqlarını bildiriblər.
Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması
üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə
bağlı bəyanat yayıb. "Ermənistan hərbi-siyasi
rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin
gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım
atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması
ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı
məlumat bunun əyani sübutudur.
Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən
bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin
istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və
baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın
hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - bəyanatda
deyilir.
25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018”
sərgisi keçirilib. Sərgidə dünyanın müxtəlif
ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi
məhsullarını nümayiş etdirilib.
İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - VİDEO
Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər
naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib.
Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş
tutub.
"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi.
Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə
dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə
dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların
həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam
etdirilməsinə razılaşdıq".
Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar
Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan
Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26
sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in
sorğularına cavab olaraq bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair
bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş
zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə
bağlı izahat istədikləri bildirilir.
Həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin
təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri
gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri
pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv
ritorikadan çəkinməyə çağırıblar.
Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün
tərəflərdən güzəştlər tələb edəcək.
Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar
prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin
azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.
Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan
Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü
sessiyasında çıxışında da eyni üslubdan istifadə
edib. Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi
ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.
“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz.
Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici
siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və
təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti
olacaq”, - Paşinyan sərsəmləyib.
İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla
həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki
razılıqları yerinə yetirməli olduğunu deyib.
Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı
Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə
tələbini yeniləyib.
BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi
müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab
haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat
yayıb.
Azərbaycanın BMT-dəki nümayəndə heyətindən Paşinyana CAVAB
Ermənistan ərazi iddialarını nə qədər tez kənara
qoysa, regionumuzda sülh bir o qədər tez bərqərar
olacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının
müzakirələrində çıxışı zamanı deyib.
Azərbaycandan dünyaya ÇAĞIRIŞ: Qarabağ münaqişəsinin həlli üçün... - YENİLƏNDİ
"Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT
Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq
ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət
çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın
qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur.
Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə
məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada
hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur".
Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) xarici
siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev
deyib.
PA rəsmisi: "Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən
sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında
birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel
Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli
məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.
Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına
konkret hədəflər qoyduğunu deyir.
ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA
Azərbaycan Respublikası ilə Belarus Respublikası
arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez”
əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə
gətirilib.
Azərbaycandan İrəvanı QORXUYA SALAN ADDIM: “Polonez” raketləri... - FOTO/VİDEO
Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya
dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan
istiqamətində neytral ərazi üzrə irəlilədiyini
açıqlayıb. “İravunk” qəzetində müsahibəsində erməni
kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət
etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.
Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR
Ermənistanla “dqr” arasında “hərbi-siyasi
müttəfiqlik” müqaviləsinin bağlanması məsələsi Ermənistan
Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı
həmkarlarımızdan cavab gözləyirik. Bunu Qarabağ
separatçılarının rəhbəri Bako Saakyan deyib.
“Bir neçə il əvvəl bu istiqamətdə müəyyən işlər görülüb və bu
sənəd Ermənistandakı həmkarlarımız tərəfindən hazırlanıb. Bu məsələ
Ermənistanın yeni rəhbərliyinin bir müddət öncəki səfərlərində də
müzakirə edilib”, – deyə o bildirib.
Ermənistan
Ermənistanın baş naziri Nikol Paşinyanın sədri
olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim
addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib
gəlib. Ermənistanın Mərkəzi Seçki Komitəsinin
məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06
faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki
məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim
addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Ermənistanda diplomatik pasportdan məhrum edilən 254
vətəndaşın adı açıqlanıb. Robert Koçaryan, həyat
yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat
yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma,
David Mikael də diplomatik pasportsuz qalıblar.
Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu
üstünlükdən məhrum edildiyi də vurğulanıb.
Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej
Sarqsyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr
Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir
qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran
Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiyanın
“Kommersant” qəzeti üçün Türkiyə-Rusiya əlaqələrinə dair bir məqalə
qələmə alıb. Ərdoğan Rusiyanın, xüsusilə PKK, PYD,
YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək
verməsini gözlədiyini bildirib.
Ərdoğan Türkiyənin heç bir zaman sərhədlərində hər hansı bir
terror təşkilatının olmasına icazə verməyəcəyini deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan Birləşmiş
Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyası
öncəsi Nyu-Yorkda etdiyi bir çıxışında BMT-ni sərt şəkildə tənqid
edib. Ərdoğan bu qurumların müəyyən qüvvələrin
maraqlarını qorumaq üçün xidmət etdiyini bildirib.
“İsrail və ABŞ rəhbərliyinin Qüdsün şərəf və ləyaqətini ayaqlar
altına qalan təcavüzünə qarşı mübarizəmizi diplomatiyada ən yüksək
səviyyədə aparacağıq”, - o deyib.
Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində
əməliyyat keçirəcək. Bu haqda ölkə prezidenti Rəcəb
Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində
bildirib.
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
ABŞ Menbiçdə təyin olunan yol xəritəsinə və təqvimə
qətiyyən riayət etmədi. Bu sözləri Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan deyib.
“PYD-YPG o bölgəni tərk etməyib. Bölgənin əsl sahibləri hələ də
ora yerləşməyib. ABŞ burada sözünü tutmadı. 90 gün deyilmişdi, 90
gün başını alıb gedir. Bundan sonrakı prosesdə hansı yeniliklər
olacağını görəcəyik”, - Ərdoğan bildirib.
Türkiyədə ev həbsi altında olan amerikalı rahib
Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının
nəticəsinə görə azad edilə bilər. Bu haqda türk
rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri danışıb.
Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya
təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi
dayandırarsa, belə ssenari mümkündür.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib.
O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə
iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə
fəaliyyət göstərməkdə ittiham olunur.
Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan
qaz idxalını dayandırmaq niyyətində deyil. Bunu
“Röyter”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.
“Barak Obamanın da dönəmində belə situasiya olub. Əgər biz bunu
idxal edə bilməsək, o zaman bizim xalq qışda nə ilə isinəcək? Bu
gün qaz ehtiyacımızın 50%-ni Rusiyadan, qalan hissəsini isə
Azərbaycan, İran, İraq və bəzən də Əlcəzairdən alırıq”, – deyə o
jurnalistin sualını cavablandırarkən deyib.
Rusiya “S-300” zenit-raket komplekslərini Suriya
ordusuna çatdıracaq. Bu haqda Rusiyanın müdafiə
naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, bu, iki həftə
ərzində olacaq.
Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQ
“Bəzi optimistlərin ümidlərinin əksinə, Rusiya
Amerika və İsrailə İranı Suriyadan çıxarmağa kömək etməyə
hazırlaşmır”. Bu haqda ABŞ-ın “The Wall Street
Journal” nəşri yazıb.
Nəşrin yazdığına görə, bunu Rusiyanın Suriyaya “S-300”
zenit-raket komplekslərini göndərmək barədə qərarı da göstərir.
Komplekslərin İsrailin Hərbi-Hava Qüvvələri üçün ciddi təhlükə
yaradacağı bildirilir.
“Optimistlər düşünürlər ki, Vladimir Putin İranı Suriyadan
çıxarmaq üçün İsrail və ABŞ-la əməkdaşlıq etməyə hazırlaşır. Amma
yenə düşünmək lazımdır. Axı bir gün əvvəl Rusiya yüksək təsirli
“S-300” zenit-raket komplekslərini Dəməşqdəki kukla rejiminə
göndərmək barədə qərarını elan etdi”, - “The Wall Street Journal”
yazıb.
“Qaçılmaz müharibənin başlanacağı halda...” - İsrail üçün TƏK SEÇİM
Əsəd rejimi növbəti dəfə kimyəvi silahdan istifadə
edərsə, ABŞ hərəkətə keçəcək. Bu sözləri ABŞ
Prezidenti Donald Tramp deyib.
“Məqsədimiz münaqişənin sona çatdırılmasından ibarətdir”, - Ağ
Ev rəhbəri bildirib.
İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran
güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş
verib. Bu haqda əsas nazirlərin iclasının nəticəsinə
görə yayılan bəyanatda deyilir.
Qeyd edilir ki, İsrail gücləri təhlükəsizlik sahəsində Rusiyayla
koordinasiyanı saxlamalıdır.
Putinin “S-300” həmləsinə İsraildən cavab - HÜCUM ƏMRİ VERİLDİ
İran və onun nəzarətində olan güclər Suriyada
qaldığı müddətdə Amerika qoşunları bu ərəb ölkəsinin ərazisini tərk
etməyəcək. Bu haqda ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.
Nəşrin yazdığına görə, Ağ Evin rəsmi beləliklə, siqnal verdi ki,
Tramp administrasiyası Suriyadakı missiyasını yalnız İŞİD üzərində
qələbəylə məhdudlaşdırmamağa qərar verib.
Daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dəfələrlə
bildirib ki, Suriyada ABŞ-ın hərbi missiyası İŞİD üzərində tam
qələbənin qazanılması ilə başa çatacaq. Suriyada İran güclərinə
qarşı mübarizə indiyə kimi ABŞ-ın hərbi missiyasının bir hissəsi
olaraq göstərilmirdi.
Boltonun bəyanatından sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis
Pentaqonda çıxış edərək vurğulayıb ki, İŞİD üzərində qələbə
Vaşinqtonun hərbi missiyasının hədəfi olaraq qalır.
Əgər ABŞ sanksiya siyasətini davam etdirsə, İran
Hörmüz boğazını bağlayacaq. Bunu NBC televiziyasına
müsahibəsində İran Prezidenti Həsən Ruhani deyib.
“Bu ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq deyil, reallıqdır.
Əgər Fars körfəzindəki gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa,
o zaman bu, hər kəsə şamil edilməlidir”, – deyə o bildirib.
ABŞ İran neftini dünya bazarlarından çıxarda bilməyəcək. Bunu
jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Namdar Zəngənə
deyib.
“Ortamüddətli perspektivdə bu mümkünsüzdür. ABŞ-ın hədəfi
qısamüddətli perspektivdə İranın neft ixracını sıfıra çatdırmaqdır.
Bu arzu heç vaxt reallaşmayacaq”, – deyə o bildirib.
İrana heç vaxt imkan verməyəcəyik ki, Hörmüz
boğazını bağlasın. Bunu Nüvə İranına Qarşı İttifaq
qeyri-kommersiya təşkilatının konfransında çıxışı zamanı ABŞ Dövlət
katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tehran bu məkan üçün
hansısa eksklüziv haqq irəli sürə bilməz.
Bütün dünyanı İranı təcrid etməyə
çağırırıq. Bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT
Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib.
“İran dindən istifadə edərək insanları müharibəyə təşviq edir.
Bu, yaxşı bir şey deyil. Ölkə terrorizmin sponsorudur. Biz bu
ölkənin terrorizmi maliyyələşdirməsinə göz yuma bilmərik. Dünyada
heç bir şəhərdə nüvə başlığı olmamalıdır”, - deyə Tramp
bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, Tehranın siyasəti nəticəsində Yəmən
və Suriyada xaos hökm sürür.
ABŞ-ın İranla bağlı siyasəti əvvəl-başdan yanlış
idi. Bu sözləri İran Prezidenti Donald Tramp BMT Baş
Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib.
“Vaşinqtonun İran xalqının arzularının gerçəkləşməsinə mane
olmasının qarşısı alınacaq”, - deyə Ruhani bildirib.
ABŞ yürütdüyü siyasətlə özünü dünyadan təcrid edib.
Hətta müttəfiqləri də ona qarşı çıxır. Bunu İran
Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, İran və “Altılıq” arasında imzalanmış nüvə
anlaşmasını təktərəfli formada ləğv etməsi ABŞ-ın ən böyük səhvi
idi:
“ABŞ yenidən diplomatik masaya qayıtsa, tərəfləri razı salacaq
şərtlər olacaq. Amerika xətaya yol verdi və bu xətanın yarısından
geri qayıtmaq onun biləcəyi işdir. Lakin gec-tez ABŞ masa arxasında
əyləşməyə məcbur olacaq”.
ABŞ Avropa Birliyinə imkan verməyəcək ki, İrana
qarşı tətbiq edilən sanksiyalardan yayına bilsin.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli
təhlükəsizlik müşaviri Con Bolton deyib.
“ABŞ İrana qarşı sanksiyalar rejimini aqressiv şəkildə tətbiq
edir. Biz Avropaya və ya hər hansı başqa ölkəyə sanksiyalardan
yayınmağa imkan verməyəcəyik. ABŞ 4 noyabrda bütün İran neftini
alan ölkələrdən idxalı sıfır həddinə çatdırmalarını gözləyir. İran
neftinə qarşı sanksiyalarımız 5 noyabrda qüvvəyə minir.
SWIFT kimi maliyyə mübadiləsini həyata keçirən şirkətlər İranla
münasibətlərinə yenidən baxmalıdırlar və belə bir riskə getməyə
hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. SWIFT bundan öncə
İran rejimi ilə əlaqələrini kəsən şirkətlərdən nümunə
götürməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, İran SWIFT sistemindən 2012-ci ildən çıxarılmış,
Vyanada nüvə müqaviləsinə imza atdıqdan sonra yenidən sistemə geri
qaytarılmışdı.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın
danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı
gərginlik artmaqdadır. ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İrana çox
sərt sözlərlə xəbərdarlıq edib.
Nyu-Yorkda keçirilən bir konfransda çıxış edən Con Bolton İranın
hazırkı siyasətini dəyişdirməli olduğunu bildirib.
“İran vətəndaşlarımıza, müttəfiqlərimizə və partnyorlarımıza
zərər verərsə, qiyamət qopacaq. Bu ölüm saçan rejim və onun
tərəfdarları davranışlarını dəyişdirməsə, nəticələrinə hazır
olmalıdır. Bugünkü mesajım çox açıqdır, biz sizi izləyirik və
arxanızdayıq”, - prezidentin məsləhətçisi deyib.
İranda islahatçı qanadın ən əhəmiyyətli
liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə
rəhbərliyinə xəbərdarlıq edib. Hatəmi İranda
sisteminin özündə islahatlar aparılmalı olduğunu, əks təqdirdə,
ölkənin ciddi problemlərlə qarşılaşacağını söyləyib.
ABŞ-ın Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI - Şok ssenari TƏSDİQLƏNDİ
İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd
Cavad Zərif Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal
proqramından danışmağa çağırıb. Bu haqda Tvitter
səhifəsində bildirib.
“İsrail bizim regionumuzda məxfi və nüvə silahlanması üzrə
qeyri-leqal proqramdan istifadə edən tək rejimdir. İsrailin
qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və
beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb”, - o deyib.
Xatırladaq ki, İsrailin baş naziri BMT Baş Assambleyasında çıxış
edərək İranın tonlarla nüvə materialının saxlandığı gizli anbara
sahib olduğunu bildirib.
İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...
ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini
önümüzdəki ay ərzində çıxaracaq. Bu barədə “The Wall
Street Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən
məlumat yayıb.
Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar
çıxarılacaq.
“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot”
var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi
hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən
çıxır”, - deyə nəşr yazıb.
Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox
diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
Qüdsün statusu və Fələstin xalqının haqları ticarət
predmeti ola bilməz. Bunu BMT Baş Assambleyasında
çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.
“Qüds satılmır. Fələstin xalqının haqları ticarət predmeti ola
bilməz. Regionda sülhün bərpa edilməsi yolu paytaxtı Şərqi Qüds
olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Əgər bu
baş tutmasa, regiona sülh gəlməyəcək. Fələstinlilər hələ də sülhə
inanırlar. Biz heç vaxt danışıqlardan imtina etməmişik və bundan
sonra da daim əlimizi danışıqlar üçün uzadacağıq”, – deyə o
bildirib.
Rusiya, ABŞ, Rusiya-Qərb
münasibətləri
Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük
təhlükə Rusiyanın nüvə silahıdır. Bu haqda Virciniya
Hərbi İnstitutunda çıxışında ABŞ-ın müdafiə naziri Ceyms Mettis
bildirib.
“Əgər xarici təhlükələrə baxsaq, birinci yerdə Rusiyanın nüvə
təhdidi, daha sonra isə Çin və Şimali Koreya gəlir. Nüvə təhlükəsi
haqqında çox danışmırlar. Amma bu, real təhlükədir və onun
öhdəsindən gəlmək üçün tədbirlər görmək lazım olur. Təmkinli olmaq
lazımdır, çünki nüvə müharibəsini udmaq mümkün deyil, ona görə də
heç bir halda bu müharibəyə başlamaq olmaz”, - Pentaqonun başçısı
qeyd edib.
Ukrayna
Ukraynanın Hərbi-Dəniz Qüvvələri Azov dənizində
Rusiya ilə münaqişə halında dəqiqələr ərzində məhv ola
bilər. Bu haqda “The American Conservative” nəşrinin
jurnalistləri iddia ediblər.
Məqalənin müəllifi əmindir ki, Azov dənizində münaqişə olarsa,
Ukrayna gəmiləri tezliklə batırılacaq və Hərbi-Dəniz Qüvvələrinin
bazası dərhal məhv ediləcək.
Müharibə dəqiqələr ərzində BAŞA ÇATA BİLƏR – Dəhşətli SSENARİ
Rusiya donanması texniki üstünlük və peşəkarlıq
baxımından çox üstündür, buna görə də Ukrayna donanmasını və Azov
dənizindəki hərbi dəniz bazasını qısa müddətdə məhv edə
bilər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəhbəri general
Leonid İvaşov danışıb.
“Ukraynanın Azov dənizində hərbi dəniz bazası tikməyi
planlaşdırması faktdır. ABŞ bu məsələdə Kiyevə kömək edir, regiona
idarəetmə və rabitə vasitələri göndərir. Rus gəmiləri bir neçə saat
ərzində Ukrayna gəmilərini və onların Azovdakı hərbi bazasını məhv
edə bilər. Burada söhbət hərbi texnika sahəsindəki üstünlük və
dənizçilərin peşəkarlıq səviyyəsindən gedir. Bundan əlavə bizim
donanmamız Suriyada birbaşa döyüş təcrübəsinə malikdir”, - general
bildirib.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev Azov dənizindəki hərbi
varlığını genişləndirmək və burada hərbi dəniz bazası yaratmaq
istəyini dilə gətirmişdi.
Ukraynanın Zakarpatye vilayətində “İkinci Krım
ssenarisi” təkrarlanır. Belə fikirlə “ObozTV”nin
efirində “Batkivşina” Partiyasından Ukraynanın xalq deputatı İqor
Lusenko Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki
konsulunun ukraynalılara Macarıstan pasportları verməsini şərh
edərkən deyib.
O hesab edir ki, hazırda Kiyevdə iki seçim var: ya reaksiya
verməmək və belə şeylərə gözlərini bağlamaq, ya da hansısa
diplomatik alətlərdən istifadə etmək.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-lərində Macarıstanın
Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara
Macarıstan pasportları verdiyini əks etdirən video yayılıb.
Koreya böhranı
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali
Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa
yerdə baş tuta bilər. O, bu barədə o Cənubi Koreya
lideri Mun Çje İnlə görüş öncəsi danışıb.
"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə
keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri
bildirib.
Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez
görüşə bilər.
O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə
edib.