Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu  "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aue təmsilçisi 8-ci turda səfərdə "Paderborn"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Paderborn" - "Erzgebirge" - 1:0
Qol: Tekbetey, 34

D.Nazarov bu matçda iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Erzgebirge" hazırda 7 xall 14-cü pillədə qərarlaşıb.

Milli.Az