Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyada start götürən dünya çempionatına məğlubiyyətlə başlayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, C qrupunda yer alan yığma ilk turda ABŞ kollektivinə uduzub 0:3 (27:29; 21:25, 21:25).

Faiq Qarayevin rəhbərlik etdiyi komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.

Milli.Az