Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada həvəskarlar liqasında çıxış edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi Oberliqada (5-ci divizion) mübarizə aparan "Ştralen" klubla birillik razılıq əldə edib.
Futbolçunun son klubu II Bundesliqada çıxış edən "Duysburq" olub.
Qeyd edək ki, Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.
Milli.Az