Formula 1-də həyəcan Rusiya Qran Prisi ilə davam edir.

Milli.Az xəbər verir ki, 2018-ci ilin 16-cı yarışı Soçidə keçiriləcək. 5848 kilometrlik pistdə 53 mərhələdən ibarət olan yarışın sıralama turuna bu gün saat 16:00-da start veriləcək. Yarış isə 30 sentyabr saat 15:10-da başlayacaq.

Rusiya Qran Prisi öncəsi pilotların və komandaların xalları belədir:

Pilotlar

1. Lyuis Hemilton (Böyük Britaniya) - 281 xal

2. Sebastian Vettel (Almaniya) - 241 xal

3. Kimi Raykkonen (Finlandiya) - 174 xal

4. Valtteri Bottas (Finlandiya) - 171 xal

5. Maks Verstappen (Hollandiya) - 148 xal

Komandalar

1. "Mersedes" - 452 xal

2. "Ferrariİ" - 415 xal

3. "Red Bull" - 274 xal

4. "Reno" - 91 xal

5. Haas - 76 xal

Əhməd
Milli.Az