İsrail hərbçiləri Qəzza zolağında fələstinlilərin keçirdiyi “Böyük qayıdış” aksiyasını dağıtmaq üçün silaha əl atıb.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 75 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın sözlərinə görə, hücum zamanı yaralananlardan 22-si uşaq, dördü təcili tibbi yardım briqadasının əməkdaşları, üçü isə jurnalistdir.

Qeyd edək ki, fələstinlilər martın 30-dan bəri Qəzza zolağında İsrailə qarşı “Böyük qayıdış yürüşü” keçirirlər.