Almaniya Bundesliqasında 6-cı tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda
“Bavariya” “Herta” səfərinə yollanıb. Ötən tur ilk xal itkisi ilə
üzləşən Münhen klubu bu dəfə daha ağır zərbə alıb. Belə ki, "Herta"
iddialı rəqibi üzərində inamlı qələbə qazanıb.
Dortmund “Borussiya”sı isə “Bayer”lə qarşılaşacaq. Cari çempionatda
sonuncu pillədə yer alan “Şalke” “Maynts”la oyunda 3 xal qazanmağa
çalışacaq.
Almaniya Bundesliqası, 6-cı tur
28 sentyabr
Herta - Bavariya 2:0
Qol: İbişeviç, 23-pen. Duda, 44.
29 sentyabr
17:30 Hoffenhaym - Leyptsiq
17:30 Nürnberq - Fortuna D
17:30 Ştutqart - Verder
17:30 Şalke - Maynts
17:30 Volfsburq - Borussiya M
20:30 Bayer - Borussiya D
30 sentyabr
17:30 Ayntraxt F - Hannover
20:30 Auqsburq - Frayburq