Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Bohum şəhərində döyüşə çıxacaq.
Publika.az xəbər verir ki, Xəyal Əhmədov rəqibi
Lukas Boçenskiyə qarşı döyüşəcək. Döyüş Ruhrconqress adlı yerdə
olacaq.
“İnanıram ki, döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə
öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir.
Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”,
- deyə idmançı qeyd edib.
Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.
