İtaliyanın ən titullu futbol klubu olan "Yuventus" 88 ildən sonra çempionatın ilk 6 turundakı bütün görüşləri qələbə ilə bitirib.

Publika.az xəbər verir ki, bu mövsüm öncəsi heyətini Kriştiano Ronaldo kimi super-ulduzla gücləndirən Turin nəhəngi 1930-cu ildən sonra ilk dəfə ilk 6 turda 18 xal toplayıb.

Qeyd edək ki, Massimiliano Alleqrinin baş məşqçisi olduğu koamnda son olaraq "Bolonya"nı 2:0 hesabı ilə məğlub edib.