Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Dortmund "Borussiya"sı evdə "Nürnberq"ə 7:0 hesabı ilə qalib gəlib.
"Borussiya" - "Nürnberq" - 7:0
Qollar: Yakob Larsen, 9, Marko Roys, 32, 58, Əşrəf Hakimi, 49, Manuel Akanji, 74, Ceydon Sanço, 85, Yulian Vayql, 88
Qeyd edək ki, turnir cədvəlinə 15 xalla "Bavariya" başçılıq edir. "Verder"lə "Borussiya" (Dortmund) 11 xalla 2-3-cü yerləri bölüşürlər.
Milli.Az