Türkiyənin "Ərzurumspor" klubunun baş məşqçisi Mehmet Altıparmak vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki , bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Ərzurum təmsilçisinin uğursuz çıxışları klub rəhbərliyinin bu addımı atmasına səbəb olub. Komanda 6 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Erzurumspor " ötən mövsüm Mehmet Alıparmakın rəhbərliyi altında Türkiyə Superliqasına vəsiqə qazanıb. 

Əlavə edək ki, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.

Milli.Az