Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Məsut Özillə görüşmək istəyib.
Milli.Az "Bild"ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis türk əsilli yarımmüdafiəçi ilə görüşmək üçün "Arsenal"ın bazasına gəlib. Lakin futbolçu Lövlə görüşməkdən imtina edib. "Arsenal"ın baş məşqçisi Unay Emeri oyunçusunun bu qərarını dəstəkləyib.
Xatırladaq ki, "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşə görə tənqidlərə məruz qalıb və 2018-ci il Dünya çempionatından sonra Almaniya milli komandasında karyerasını başa vurub.
Elçin Əlixan
Milli.Az