Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turu keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib Belçika kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

İtaliya - Azərbaycan

Daniele Vokatura - Şəhriyar Məmmədyarov

Mikele Qodena - Teymur Rəcəbov

Luka Moroni - Arkadi Naydiç

Sabino Brunello - Rauf Məmmədov

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayacaq.

Azərbaycan - Belçika

Günay Məmmədzadə - An Qussen

Zeynəb Məmmədyarova - Daria Vanduyfeys

Gülnar Məmmədova - Vibke Barbye

Ülviyyə Fətəliyeva - Anneli Kuvelye

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayacaqlar.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub - 4:0.

Milli.Az