İşğalçı Ermənistanın Azərbaycanın qədim diyarı Naxçıvana
da iddialarının olduğu məlumdur. Xüsusilə populist Paşinyanın
hakimiyyətə gəlişindən sonra işğalçı ölkədə “Naxçıvana hücum edək”,
“Bu əraziləri ələ keçirək” çağırışları tez-tez səsləndirilir.
Publika.az xəbər verir ki, Ermənistan bu dəfə bir az da
irəli gedərək, Naxçıvanın işğalı üçün İngiltərə kraliçası II
Yelizavetadan kömək istəyib.
Erməniləri buna ruhlandıran məsələ kraliçanın müstəqillik günü
münasibətilə Paşinyana göndərdiyi təbrik məktubu olub.
Kraliça məktubunda Ermənistanla İngiltərənin münasibətlərinə
toxunub qeyd edib ki, “Bizim ölkələrimiz arasında sıx tarixi
əlaqələr var və mən gözləyirəm ki, dostluğumuz və əməkdaşlığımız
davam edəcək”.
Kraliçanın təbrikində Naxçıvan haqqında bəhs olunmur, dedikləri
sözlər də daha çox təbrik protokolunda istifadə olunan ifadələrdir.
Lakin ermənilər bu təbriki özlərinə məxsus formada şərh edərək,
kraliçanın Naxçıvanı xatırladığını iddia edirlər.
“Ermənistan ərazisi 1921-ci ildə Türkiyə və Rusiya arasında
bölünüb, bu müqavilənin 100 illiyi 2021-ci ildə başa çatacaq. I
Dünya müharibəsi zamanı İngiltərə ilə ermənilər arasında çox yaxşı
əlaqələr var idi. Həmin ərəfədə Naxçıvan bizim idi, sonradan onu
Azərbaycan aldı. Kraliça həmin dövrü yada salmaqla Naxçıvana işarə
edir”, - deyə Ermənistan mediası absurd şəkildə iddia edir.
Bu, olduqca gülməli səslənir, lakin qarşı tərəfdə ermənilərin
olduğunu düşünəndə onlardan istənilən təxribatı gözləmək mümkündür.
Təsadüfi deyil ki, kraliçanın təbrikini şərh edən Ermənistan
mediası Naxçıvanın işğalında İngiltərənin onlara kömək etməli
olduğunu yazırlar.
“Çünki ermənilər I Dünya müharibəsində ingilislərə kömək edirdi,
indi də onlar bizə kömək etməlidir”, - deyə erməni jurnalistlər
yazırlar.
Asif