Müharibəyə son qoyulacaq TARİX, Ermənistan BİR ZƏRBƏ İLƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
24 Sentyabr 2018, 20:03·1 baxış·5 dəq oxu
Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi”
partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın
şəhər şurası seçkilərində qalib gəlib. Türkiyə Prezidenti BMT-ni
sərt şəkildə tənqid edib. Türkiyə yaxın dövrdə Suriyada Fəratın
şərqində əməliyyat keçirəcək. Endrü Branson oktyabrın 12-də
keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə
bilər. İranda islahatçı qanadın ən əhəmiyyətli liderlərindən biri,
keçmiş prezident Məhəmməd Hatəmi ölkə rəhbərliyinə xəbərdarlıq
edib. Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna
çatdıracaq.
25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018”
sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə
qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş
etdirəcək. Sərgidə İsrailin səsdən sürətli “Rampage”
raketinin nümayişi xüsusi diqqət çəkir.
İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu
raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150
kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının
çəkisi 150 kiloqramdır.
“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını
təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya
gətirməsi təsadüfə bənzəmir.
İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın sədri
olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim
addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib
gəlib. Ermənistanın Mərkəzi Seçki Komitəsinin
məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06
faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki
məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim
addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu
“Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz
(25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və
blok mübarizə aparıb.
Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiyanın
“Kommersant” qəzeti üçün Türkiyə-Rusiya əlaqələrinə dair bir məqalə
qələmə alıb. Ərdoğan Rusiyanın, xüsusilə PKK, PYD,
YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək
verməsini gözlədiyini bildirib.
Ərdoğan Türkiyənin heç bir zaman sərhədlərində hər hansı bir
terror təşkilatının olmasına icazə verməyəcəyini deyib.
“Türkiyə Afrin, Cerablus, El-Bab və İdlib bölgəsində bu
qətiyyəti dəfələrlə göstərdi”, - o qeyd edib.
“Son dövrdə ABŞ-ın xüsusilə, PYD və YPG güclərinə verdiyi
fövqəladə dəstəyin təəssüf ki, davam etdiyini görürük. Bölgədəki
tarazlıqları və xalqlar arasındakı sülhü zədələyəcək bu cür
addımlardan imtina olunmalıdır. Rusiyanın da, xüsusilə PKK, PYD və
YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək
verməsini gözləyirik”, - Türkiyə Prezidenti əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Suriyanın loyal müxalifəti siyasi
həll prosesində qalmalıdır.
“Biz loyal müxalifətin terrorçu hesab edilərək aradan
qaldırılması cəhdlərinə qarşı olduğumuzu bir neçə dəfə ifadə
etmişik”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan Birləşmiş
Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyası
öncəsi Nyu-Yorkda etdiyi bir çıxışında BMT-ni sərt şəkildə tənqid
edib. Ərdoğan bu qurumların müəyyən qüvvələrin
maraqlarını qorumaq üçün xidmət etdiyini bildirib.
“İsrail və ABŞ rəhbərliyinin Qüdsün şərəf və ləyaqətini ayaqlar
altına qalan təcavüzünə qarşı mübarizəmizi diplomatiyada ən yüksək
səviyyədə aparacağıq”, - o deyib.
Arakan, Suriya və Fələstində yaşananlara diqqət çəkən Türkiyə
Prezidenti beynəlxalq sülh və təhlükəsizliyin qarantı olan BMT-nin
Təhlikəsizlik Şurası kimi qurumların bun problemlərin həllində
acizlik nümayiş etdirdiyini vuğulayıb.
“Bu təşkilatların öz missiyasına uyğun olaraq qlobal sülhdən
daha çox, müəyyən qüvvələrin maraqlarını qorumağa xidmət etdiyini
bilirik”, - Ərdoğan əlavə edib.
Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində
əməliyyat keçirəcək. Bu haqda ölkə prezidenti Rəcəb
Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində
bildirib.
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Türkiyədə ev həbsi altında olan amerikalı rahib
Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının
nəticəsinə görə azad edilə bilər. Bu haqda türk
rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri danışıb.
Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya
təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi
dayandırarsa, belə ssenari mümkündür.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib.
O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə
iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə
fəaliyyət göstərməkdə ittiham olunur.
Rusiya “S-300” zenit-raket komplekslərini Suriya
ordusuna çatdıracaq. Bu haqda Rusiyanın müdafiə
naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, bu, iki həftə ərzində olacaq.
“İki həftə ərzində Suriyanın Silahlı Qüvvələrinə “S-300” müasir
zenith-raket kompleksi çatdırılacaq. Kompleks 250 kilometrdən çox
uzaqlıqda hava hücumu vasitələrini ələ keçirməyə və eyni zamanda
bir neçə hava hədəfini vurmağa qadirdir”, - Şoyqu vurğulayıb.
Şoyqu söyləyib ki, Rusiya Suriyada İsrailin hərəkətlərinə cavab
verməyə məcburdur.
“İsrail ekipajları hava şərtlərini əla bilərək Rusiya
təyyarəsinin arxasında gizləndilər və bu, təyyarənin vurulmasına və
15 hərbi qulluqçumuzun həlak olmaya gətirib çıxardı. Bu, bizi
Rusiya hərbi qulluqçularının təhlükəsizliyinin yüksəldilməsinə
xidmət edən adekvat cavab ölçülərini qəbul etməyə məcbur etdi”, -
nazir əlavə edib.
Nazir qeyd edib ki, “S-300” kompleksləri Suriyanın döyüş
imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.
Daha əvvəl mənbələrə istinadən “Kommersant” nəşri bildirib ki,
Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin
vurulmasına mümkün cavablardan biri Suriyaya “S-300” zenit
komplekslərinin çatdırılması ola bilər.
Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQ
İranda islahatçı qanadın ən əhəmiyyətli
liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə
rəhbərliyinə xəbərdarlıq edib. Hatəmi İranda
sisteminin özündə islahatlar aparılmalı olduğunu, əks təqdirdə,
ölkənin ciddi problemlərlə qarşılaşacağını söyləyib.
ABŞ-ın Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI - Şok ssenari TƏSDİQLƏNDİ