Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyununda zədələnən "Sporting"in futbolçusu Jeremi Matyönün durumuna aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı müdafiəçi 2-3 həftə sıradan çıxıb. Bu səbəbdən o, V turunda "Braqa" ilə bu gün səfərdə keçiriləcək görüşün heyətindən çıxarılıb.

Qeyd edək ki, 34 yaşlı oyunçu "Qarabağ"la oyunun 75-ci dəqiqəsində sol ayaq əzələsindən xəsarət alaraq, əvəzlənməli olub.

Milli.Az