Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldu FİFA-nın Londonda təşkil etdiyi mükafatlandırma mərasiminə qatılmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, Turin klubunun digər oyunçuları kimi komandanın sıx qrafikinə görə tədbirə getməkdən imtina edib. Dünən "Frozinonze" ilə oynayan "Yuventus" çərşənbə günü "Boloyna" ilə qarşılaşacaq.

Qeyd edək ki, K.Ronaldu FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatına üç namizəddən biridir.

Milli.Az