Portuqaliya Sequndasında 5-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, U-21 millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril" evdə "Mafra"ya 1-4 hesabı ilə uduzub.

Dadaşov 90 dəqiqə meydanda olub. Renat 84-cü dəqiqədə sari vərəqə ilə cəzalanıb.

"Eştoril" 5 turdan sonra 9 xalla 5-ci pillədə qərarlaşıb.

Milli.Az