"Napoli"nin kapitanı Marek Hamşik qış transfer dövründə komandadan ayrılacaq.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, slovakiyalı futbolçu yanvar ayında Neapol klubundan ayrılacaq. Baş məşqçi Karlo Ançelottinin heyətdə düşünmədiyi Hamşik, bu mövsüm İtaliya çempionatında keçirdiyi 5 oyundan yalnız birində 90 dəqiqə meydanda olub. 11 ildir "Napoli"nin şərəfini qoruyan yarımmüdafiəçinin Çin klublarının hədəfində olduğu iddia edilir.

Milli.Az