ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının döyüşçülərini Suriyanın Deyr-ez-Zor əyalətindən çıxarıb.
Publika.az xəbər verir ki, bu haqda yerli mənbələrə istinadən Suriyanın SANA rəsmi agentliyi bildirib.
Agentliyin məlumatına görə, koalisiya İŞİD döyüşçülərinin toplaşdığı Al-Muraşid kəndinin ərazisində desant əməliyyatı həyata keçirib və terror qruplaşmasının “məmurlarını” naməlum istiqamətdə çıxarıb.