17 yaşadək qızlardan ibarət milli komandamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Moldovada keçirilən oyunda Azərbaycan yığması İngiltərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qarşılaşma komandamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:7.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi oyunda İslandiyaya 0:1 hesabı ilə uduzmuşdu.

Milli.Az