Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Nyu-Yorkda Suriya böhranının həlli üzrə müzakirələr aparmaq üçün görüşəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirdiyi görüşdə əldə olunan İdlib razılaşmasına toxunan Çavuşoğlu qeyd edib ki, bundan sonrakı hədəf atəşkəsin tam təmin olunması və siyasi həllin başladılmasıdır.
Ömər