“Rusiya və Türkiyənin hərbi rəsmiləri dünən İdlibdə
silahsız bölgənin sərhədləri ilə bağlı son razılığa gəliblər”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər
naziri Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Soçidə əldə olunan razılaşma aktiv şəkildə
həyata keçirilir.
“Rusiya və Türkiyənin İdlib razılaşması “ara addım”dır. Silahsız
bölgənin yaradılması Suriya ordusuna və Xmeymim bazasına hücumların
qarşısını alacaq”, - deyə o bildirib.
Asif