Ermənistan sərhədini səhvən keçdiyi üçün həbs edilən və
ermənilər tərəfindən “Azərbaycan casusu” ittihamı ilə
günahlandırılan Türkiyə vətəndaşı 16 yaşlı Umut Ali Özmen gələn
həftənin birinci günü azad ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Qars Valiliyinin
açıqlamasında deyilir.
Valiliyin açıqlamasında bildirilir ki, Ermənistanla aparılan
danışıqlar nəticəsini verib.
“Umutun atası Mustafa Özmen sentyabrın 24-də Ermənistana gedəcək və
oğlu ilə birlikdə Türkiyəyə qayıdacaq”, - deyə açıqlamada
bildirilir.
Qeyd edək ki, Umut Ali Özmen iki ay öncə səhvən Ermənistan
sərhədini keçib. Erməni əsgərlər onu “Azərbaycan casusu” adı
altında həbs ediblər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng edib.
Paşinyan Ərdoğanın tələbinə müsbət cavab verib. Paşinyan sonradan
Ərdoğanla telefon əlaqəsi saxladıqlarını təkzib etdi. Lakin 16
yaşlı Umutun sentyabrın 24-də qaytarılacağı Paşinyanın yenə yalan
danışdığını göstərir.
Asif