Türkiyənin şərqində 10 terrorçu zərərsizləşdirilib.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Tunceli vilayətinin Ovacıq rayonunda keçirilən əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Bununla da sentyabrın 18-də ərazidə zərərsizləşdirilən terrorçuların sayı 10-a çatıb. Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub.

Məlumata görə, Ovacıqda antiterror əməliyyatı davam edir.