İngiltərə Premyer Liqasında mövsümə uğursuz start verən "Vest Hem" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "çəkicdöyələr"in yeni transferlərindən olan Cek Uilşir zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Uilşirin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

İngiltərəli yarıımmüdafiəçi yay transfer pəncərəsi dövründə London klubuna azad agent kimi qoşulmuşdu.

Milli.Az