"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşacaq.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin oyunöncəsi açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb.
Sentyabrın 19-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 21:30-da media mənsublarının önünə çıxacaq.
Bakı vaxtı ilə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi "Joze Alvalade" stadionunda komandanın son məşqi baş tutacaq.
Milli.Az