Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100
illiyi münasibətilə keçirilən parad, Azərbaycan və Türkiyə
liderlərinin qardaşlıq mesajı və Rəcəb Tayyip Ərdoğanın “Dağlıq
Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin
bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir” sözləri
İrəvanda narahatlıq yaradıb. Ermənistanda hesab edirlər ki, Bakı və
Ankara Dağlıq Qarabağla bağlı yeni taktikanı işə salırlar.
Publika.az xəbər verir ki, erməni şərhçi Sarqis Artsruni
Türkiyə və Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ probleminin
nizama salınması kontekstində əhəmiyyətli olduğunu vurğulayıb.
“Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərtsiz dəstəyini
ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin
nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni
taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusiya formatında
həllinə nail olmaq istəyirlər. Bu isə Ermənistan üçün ciddi
təhlükədən xəbər verir”, - deyə erməni şərhçi bildirib.
Asif