Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun mərhələ yarışları keçirilib.
Metbuat.az xəbər verir ki, sentyabrın 14-15-də təşkil olunan kubok yarışlarında Azərbaycan təmsilçisi Maksim Şembirev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda birinci yeri tutub.
İdmançımız daha bir növdə - 400 metr məsafəyə qarışıq üsulla üzmədə ikinci pillənin sahibi olub.