Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olub. İclasda Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradılması, ora sədr olaraq avstriyalı sabiq referi Fritz Stuxlikin təyin olunması qərarı verilib.
Publika.az Komanda.az-a istinadən Stuxliklə bağlı qısa məlumatı diqqətinizə çatdırır:
Adı: Fritz
Soyadı: Stuxlik
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FİFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FİFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FİFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.