İngiltərə Premyer Liqasının 5-ci turunda "Liverpul"u qəbul edəcək "Tottenhem" oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvləri - qapıçı Uqo Loris və yarımmüdafiəçi Dele Alli zədə səbəbindən liderlə görüşü buraxacaq. Hər iki futbolçu ötən tur "Mançester Yunayted"lə keçirilən görüşdə sıradan çıxıb.

Qeyd edək ki, "Tottenhem" - "Liverpul"  matçı sentyabrın 15-də keçiriləcək.

Milli.Az