Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.
Metbuat.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu bu komanda doğma meydanda Belçika ilə qarşılaşıb.
A Liqasında 2-ci qrupda yer alan komandaların dueli Belçika yığmasının qələbəsi ilə başa çatıb - 3:0.
Halldorsson da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hannes ilk yarıda 2, fasilədən sonra isə 1 qol buraxıb. O, öncə 29-cu dəqiqədə Eden Azarın penalti zərbəsinin qarşısını ala bilməyib. 31 və 81-ci dəqiqələrdə isə Romelu Lukaku “Qarabağ”ın qapıçısını məyus edib.
Xatırladaq ki, Halldorson ilk turda İsveçrə səfər oyununda da qapısından 6 cavabsız qol buraxmışdı.//Faktor
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla