İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Sami Xedira ilə müqavilənin müddətini uzadıb. Almaniya millisinin üzvü yeni sözləşməyə görə, 2021-ci ilə qədər "qoca sinyora"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi "Yuventus"a 2015-ci ildə "Real"dan transfer olub. O, "Yuventus"un heyətində meydana çıxdığı 80 oyunda 20 qol vurub.

Milli.Az