Rusiyanın Voronej şəhəri ətrafında yerləşən “Poqonovo” poliqonunun ərazisində yanğın baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 90 hektar ərazidə meşə və otlaqlar yanıb.

Yanğınsöndürmə mərkəzindən verilən açıqlamaya görə, yanğının söndürülməsində FHN-in 52 əməkdaşı iştirak edib.

Yanğının baş vermə səbəbi məlum deyil.