Çexiya milli komandasının baş məşqçi Karel Yarolimistefaya göndərilib.

Milli.Az xəbər verir ki, 62 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyulub. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Komandanın dünən Rusiyaya 1:5 hesabı ilə uduzduğu yoxlama görüşündən sonra bu qərar verilib.

Qeyd edək ki, Yarolim 2016-cı ildən Çexiya milli komandasına rəhbərlik edirdi.

Milli.Az