Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian sosial-demokrat partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından əyalət millət vəkili seçiliblər.
Bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk məlumat verib.
O, bunları deyib: “26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub”.