"Yuventus" müdafiəçisi Daniele Ruqani ilə müqavilə yeniləməyə hazırlaşır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu 24 yaşlı oyunçu ilə sözləşmənin müddətini 2025-ci ilə qədər uzatmaq niyyətindədir. Əgər İtaliya millisinin üzvü yeni təkliflə razılaşsa, onun illik gəliri 3 milyon avro olacaq.
Qeyd edək ki, Ruqaninin hazırkı müqaviləsi 2021-ci ilə qədərdir.
Milli.Az