Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikdze partlayış törədib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb. Daha 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Terror hadisəsi Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün ildönümü tədbirində baş verib.