Cənubi Sudanda sərnişin təyyarəsi gölə düşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. 19 nəfər üçün nəzərdə tutulan təyyarə ölkənin paytaxtı - Cuba şəhərindən uçurdu. Qəza nəticəsində üç nəfər sağ qalıb - onlar 3 yaşlı oğlan uşağıdır və iki kişi.
Təyyarənin göyərtəsində neçə nəfər olduğu bilinmir.