"Valensiya"nın yarımmüdafiəçisi Joffre Kondoqbia Fransa millisində deyil, Mərkəzi Afrika Respublikasının yığmasında oynamağa qərar verib. Milli.Az Trend-ə istinadən bildirir ki, futbolçu FİFA-dan bununla bağlı müvafiq icazəni ala bilib.

Kondoqbia Fransada doğulub, lakin valideynləri əslən Mərkəzi Afrika Respublikasındır. Böyük qardaşı Evan bu millidə forma geyinib.

Xatırladaq ki, 25 yaşlı Kondoqbia bundan əvvəl Fransa millisində 5 yoldaşlıq oyununda meydana çıxıb.

Milli.Az