Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib vilayəti ətrafında yaranan vəziyyətlə əlaqədar açıqlama verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, əsas məqsəd İdlibə hücumları dayandırmaqdır.

“Bizim məqsədimiz bu hücumları dayandırmaqdır. Suriya rejimi bəhanələrlə İdlibə hücum edir. İdlib problemi Astana formatının ruhuna uyğun həll olunmalıdır. Bunun üçün Rusiya və İranla çox çalışırıq”, - o bildirib.

Türkiyənin xarici siyasət idarəsinin başçısı qeyd edib ki, İdlibə hücumlar nəticəsində 2 milyona yaxın insan Türkiyə sərhədinə doğru gələ bilər.

“Bu təzyiq hər yerə təsir edə bilər. Almaniyaya da, bizə də təsir edə bilər”, - Çavuşoğlu əlavə edib.