Bu gün UEFA Millətlər Liqasında ilk tura yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3-cü oyun günündə 7 qarşılaşma keçiriləcək. Azərbaycan millisinin yer aldığı D liqasında Belarus - San Mariono və Lüksemburq - Moldova matçları baş tutacaq.

Günün ən maraqlı qarşılaşması isə A Liqasında keçiriləcək. İngiltərə öz meydanında İspaniya ilə üz-üzə gələcək.

8 sentyabr

A Liqası

II qrup

20:00. İsveçrə - İslandiya

IV qrup

22:45. İngiltərə - İspaniya

B Liqası

III qrup


17:00. İrlandiya - Bosniya və Herseqovina

C Liqası

II qrup


20:00. Finlandiya - Macarıstan

22:45. Estoniya - Yunanıstan

D Liqası

II qrup


20:00. Belarus - San Marino

22:45. Lüksemburq - Moldova

Milli.Az