Suriyada Bəşər Əsəd rejiminin nəzarəti altındakı Lazkiyə
bölgəsinin şimal hissəsində YPG/PKK ilə solçu təşkilatlara məxsus
təlim düşərgələrində terrorçulara təlim keçirilir. Türkiyənin Hatay
bölgəsi ilə sərhəddə olan bu bölgədə anti-Türkiyə mövqeyində olan 5
terror təşkilatı yuva qurub.
Publika.az xəbər verir ki, “Anadolu” agentliyinin yerli
mənbələrdən əldə etdiyi məlumata görə, Afrin, Münbiç, Tel Abyad və
Rakkadan gələn 200-ə yaxın terrorçuya Lazkiyənin Türkiyə sərhədinə
yaxın hissəsində Əsəd rejimi və İrana bağlı qruplar tərəfindən
təlim keçilir.
Məlumata görə, YPG/PKK, DHKP-C və Birləşmiş Azadlıq Gücləri (BÖG)
qruplarına daxil olan terrorçular Əsəd rejiminin dəstəyi ilə
müxalif türkmanlara və Türkiyəyə qarşı hücuma hazırlaşırlar.
Türkman dağında Əsəd rejiminə qarşı mübarizə aparan Azad Suriya
Ordusunun xüsusi təyinatlılardan ibarət “Fursanul İman” qrupunun
hərbi sözçüsü Məhəmməd Yavuz bildirib ki, terrorçuların hədəfi
idlib və Lazkiyədən sonra Türkiyədir.
Asif