Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa növbəti dəfə məktub göndərib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti D.Tramp bildirib.
D.Tramp bildirib: "O mənə məktub yazıb. Hazırda məktubu mənə gətirirlər... Fikirləşirəm ki, məktubu Mayk Pompeo gətirir".
ABŞ prezidentinin sözlərinə görə, o, ümid edir ki, məktubun məzmunu "müsbət" olacaq.