Hacıqabul sakinində silah-sursat aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Meyniman kənd sakini Oqtay Bağırovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58" markalı tüfəng və 13 ədəd patron götürülüb.

Milli.Az