Əfsanəvi Dieqo Armando Maradonanın yeni iş yeri bəlli olub.
Milli.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis Meksikada çalışacaq. Argentinalı çalışdırıcı II Liqa təmsilçisi "Dorades de Sinola"nın "sükanı arxası"na keçib.
Qeyd edək ki, Maradona Birləşmiş Ərəb Əmirliiklərinin "El-Fudjayre" klubundan ayrıldıqdan sonra bir müddət əvvəl Belarus "Dinamo"sunun baş məşqçisi təyin edilmişdi. 3 illik müqavilə imzalayan Maradona bu müddət ərzində klubun prezidenti vəzifəsini də icra edəcəkdi. Lakin əfsanə Belarusa getməyib.
Milli.Az