UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası çərçivəsində Almaniya və Fransa yığmaları qarşılarşıb.

Publika.az xəbər verir ki, Almaniyada “Allianz Arena” stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 0:0.

Beləliklə, Hollandiya millisi ilə A liqasının 1-ci qrupunda yer alan hər iki komandanın aktivində bir xal.

Xatırladaq ki, turnir çərçivəsində bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Azərbaycan - Kosovo oyunu keçiriləcək.