İspaniya sahillərində xilasedicilər bir neçə qayıqla dənizi keçməyə çalışan 200-dən çox qanunsuz miqrant aşkar ediblər.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, miqrantlar üç qayıqda dənizi keçməyə cəhd göstəriblər. Birinci qayıqda 56, ikincidə 86, üçüncüdə isə 102 nəfər olub. Qayıqların birinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Miqrantlar Qranada vilayətinin Mortril şəhərinə aparılıblar.